CƏMİYYƏT


Lənkəranda yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb

Bakı, 10 sentyabr, AZƏRTAC

Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Girdəni kəndi ərazisində Günəhir kənd sakini A.Fərəcovun idarə etdiyi “Shacman” və İstisu qəsəbə sakini M.Kəlbiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə M.Kəlbiyevin sərnişinlərindən Mahir Əhmədov hadisə yerində ölüb, özü və digər üç sərnişini xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.