REGİONLAR


Lənkəranda zəncirvari yol qəzasında dörd nəfər yaralanıb VİDEO

Lənkəran, 16 aprel, Bağır Əliyev, AZƏRTAC

Aprelin 16-da Lənkəran-Boradigah yolunun Veravul kəndindən keçən hissəsində baş verən zəncirvari yol qəzasında dörd nəfər yaralanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolda bir istiqamətdə hərəkətdə olan üç yedəkli motosiklet toqquşub. Qarşıdan gələn Qumru Həsənovun idarə etdiyi “Vaz 2107” markalı avtomobil də zəncirvari qəzaya uğrayıb.

Yol-nəqliyyat hadisəsi zamanı yedəkli motosiklləri idarə edənlər - Masallı rayonunun Köçəkli kənd sakinləri 25 yaşlı Fərəc Rəhimli, 24 yaşlı Cahangir Bəhlulov və Hüseyn Mirəzizov, eləcə də sərnişin 17 yaşlı Söhbət Orucov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəza baş verən ərazidən keçən qaz xətlərinə də ziyan dəyib.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.