REGİONLAR


Lənkərandakı “Nəvələr” rəqs qrupu “Nənələr”dən geri qalmır VİDEO

Lənkəran, 3 iyun, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizdə və onun hüdudlarından çox-çox uzaqlarda tanınan “Nənələr” folklor kollektivinin adı dillər əzbəridir.

AZƏRTAC xəbər verir ki, Lənkəranda fəaliyyət göstərən “Nənələr” folklor kollektivinin ənənəsini “Nəvələr” rəqs qrupu uğurla davam etdirir. Şəhər 5 nömrəli uşaq bağçası nəzdində yaradılan “Nəvələr” qrupu qısa müddətdə çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb.

Uşaq bağçasının müdiri Aybəniz Hüseynova bildirib ki, adı dillər əzbəri olan lənkəranlı “Nənələr”in davamçıları “Nəvələr“ mahnı və rəqs qrupu üç ildir fəaliyyət göstərir. “Nəvələr”in sayı, ifa etdiyi mahnılar, səhnə davranışı və geyimləri “Nənələr”lə eynilik təşkil edir. Öz şux rəqsləri ilə iştirak etdikləri bütün tədbirlərdə böyük alqış qazanan “Nəvələr” qrupunun ən böyük üzvünün 5, ən kiçiyinin isə cəmi 3 yaşı var.

“Nəvələr” mahnı və rəqs qrupunun repertuarında hələlik iki mahnının olduğunu vurğulayan A.Hüseynova gələcəkdə mahnı və rəqslərin sayını artıracaqlarını vurğulayıb.

Qrupun üzvləri hətta özlərinə nənə də seçiblər. Onlar bütün tədbirlərdə seçdikləri nənə ilə yanaşı çıxış edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.