REGİONLAR
Lənkərandakı “Zirvə” idman klubunda çalışan məşqçi-müəllimlərlə görüş keçirilib
Lənkəran, 24 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 24-də Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları “Zirvə” idman klubunun ağır atletika, cüdo, sambo və qarışıq idman növləri üzrə məşqçi-müəllimləri ilə görüşüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, klubda idarənin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimləri Məmməd Məmmədov, Teymur Əliquliyev, İsmayıl Tahirov, Toğrul Məmmədli və cüdo idman növü üzrə məşqçi-müəllim Zaur Məmmədovun təlim-məşq prosesini izləyən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları, onların qayğıları ilə maraqlanıblar.
İdarənin rəisi Mikayıl Cəfərzadə ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından danışaraq idmançılara yeni-yeni qələbə sevincləri arzulayıb.
Görüşdə, həmçinin işin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun təşkilinin vacibliyi, idman və sağlamlıq-bərpa obyektlərinə dair metodik göstərişlər “Zirvə” idman klubunun rəhbərliyinin, məşqçi-müəllimlərin və idmançıların diqqətinə çatdırılıb.
M.Cəfərzadə İdarənin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Toğrul Məmmədlini doğum günü münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.