REGİONLAR


Lənkəranın 16 kəndində yollara asfalt döşənir

Lənkəran, 13 avqust, Bağır Əliyev, AZƏRTAC

Lənkəran rayonunun 16 kəndində eyni vaxtda yolların asfaltlanmasına başlanılıb. Artıq rayonun Sütəmurdov, Velədi, Bala Şürük kəndlərində və Gərmətük qəsəbəsində yollar əsaslı təmir olunaraq asfaltlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd yolları ağır texnikalar vasitəsilə hamarlanaraq genişləndirilir, suötürücü arxlar təmizlənir, elektrik, rabitə xətləri qaydaya salınır, ərazidə səliqə-sahman işləri görülür.

Yerli sakinlər rayonun yaşayış məntəqələrində görülən işlərdən razılıqlarını ifadə edərək, ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.