REGİONLAR


Lənkəranın Gəgiran və Biləsər kəndlərində şəhidlərin xatirəsinə bulaq-abidə kompleksi tikilib

Lənkəran, 6 noyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran rayonunun Gəgiran və Biləsər kəndlərində Vətən müharibəsinin şəhidləri - Mirzəyev Rasim Fətta oğlu və Hadiyev Raqim Teymur oğlunun adına tikilmiş bulaq-abidə kompleksinin açılışı olub.

Bu münasibətlə keçirilən mərasimlərdə rayon rəhbərliyi, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimlərində çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov mərasim iştirakçılarını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb.

Qırx dörd günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində çaldığı Qələbənin tarixi əhəmiyyətini yüksək dəyərləndirən T.Qaraşov, xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin ordumuzun gücünü, qüdrətini daha da artırdığını, düşmənin darmadağın edilməsini sürətləndirdiyini və uzun illər işğal altında qalmış torpaqlarımızın azad olunmasına əlverişli imkanlar yaratdığını söyləyib.

O, hər bir vətənpərvər gənc kimi lənkəranlı gənclərin də döyüşlər zamanı qəhrəmancasına vuruşaraq düşmənə sarsıdıcı zərbələr vurmuş igidlər olduğunu, onların bu qəhrəmanlığının heç vaxtı unudulmayacağını və daim xatırlanacağını diqqətə çatdırıb.

Digər çıxış edənlər şəhidlərin Vətən qarşısındakı xidmətlərinə verilən yüksək qiymətə, onların xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Həmin gün rayonun Darquba, Ürgə, Gəgiran və Alazəpin kəndlərində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Cəfərzadə Eşqin Hamlet oğlu, İbadzadə Zabil Fikrət oğlu, Mirzəyev Rasim Fətta oğlu və Hadiyev Raqim Teymur oğlunun il mərasimləri keçirilib.

Mərasim iştirakçıları şəhidlərin məzarları önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.