REGİONLAR


Lənkəranın Hirkan-Daşdatük-Biləsər yolunda torpaq sürüşməsi baş verib

Lənkəran, 23 aprel, Bağır Əliyev, AZƏRTAC

Bir neçə gündür ölkəmizin cənub bölgəsinə yağan intensiv yağışlar Lənkəran rayonunun dağ kəndlərinə gedən yolda torpaq sürüşməsinə səbəb olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaq sürüşməsi Hirkan-Daşdatük-Biləsər yolunun 6-cı kilometrliyində qeydə alınıb.

Yolun bir hissəsinin çökməsi nəticəsində ərazidə 1,5 metr enində, 10-15 metr uzunluğunda yarğan yaranıb. Torpaq kütləsi aşağı doğru sürüşərək qoruyucu baryerləri sıradan çıxarıb. Dağ massivindən aşağı axan sel suları əsasən yolun su ötürücüləri keçən hissəsində dağıntılar yaradıb.

Yolun bərpası istiqamətində tədbirlərin görülməsi məqsədilə əraziyə texnikalar gətirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.