CƏMİYYƏT


Lənkəranın Kosalar kəndində marketdə istifadə müddəti bitmiş məhsullar aşkarlanıb

Bakı, 3 mart, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Lənkəran rayonunun Kosalar kəndində fiziki şəxs Əliyeva Pərvanə Məmmədəli qızına məxsus marketdə yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı məhsullar aşkarlanıb. Həmin məhsulların məhv edilməsi barədə qərar qəbul edilib, müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.