Lənkəranın bir məktəbi və bir müəllimi təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olub
AzerTAg.az
Lənkəran, 5 iyul, Bağır Əliyev, AZƏRTAC
Təhsil Nazirliyinin dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün keçirdiyi təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində Lənkəranın təhsil işçiləri uğurlu nəticələr qazanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublika müsabiqəsində fərdi kateqoriya üzrə Lənkəran rayonunun Boladi kənd 1 nömrəli tam orta məktəbinin müəllimi Seyran Əliyev “Fizika fənni üzrə elektron baza-fizika bloku” layihəsi, ümumtəhsil kateqoriyası üzrə rayonun Diryan kənd tam orta məktəbi “Sağlam bədəndə sağlam düşüncə olar” layihəsi ilə qaliblər sırasında yer alıblar.

Xəbərin mətnində orfoqrafik səhv var