REGİONLAR


Lənkəranın qədim və dadlı yeməyi – Müsəmma VİDEO

Lənkəran, 25 iyul, İsmayıl Cəfərli, AZƏRTAC

Müsəmma- Azərbaycanın unudulmuş qədim və dadlı yeməklərindən biridir. Bu yemək daha çox zəngin mətbəxi olan cənub bölgəsində bişirilir. Bu dəfə lənkəranlı aşpaz Elçin Həsənov Lənkəranın qədim yeməklərindən biri olan müsəmmanın hazırlanma qaydasından danışacaq.

AZƏRTAC xəbər verir ki, gənc aşpaz Elçin Həsənov cənub bölgəsində Lənkəran mətbəxinin çeşidliliyi və özünəməxsus ləziz yeməkləri ilə digər bölgələrin mətbəxindən fərqləndiyini qeyd edib. Lənkəranın qədim yeməklərindən biri olan müsəmmanın hazırlanma qaydaları haqqında danışan aşpaz deyib: “Bu yeməyi evlərdə daha çox plovla, bəzən isə plovsuz hazırlayırlar. Müsəmma bişirmək üçün çolpa, soğan, badımcan, pomidor və ən asası heyva rubu lazımdır. Müsəmma əsasən quzu əti, quş əti və toyuq ətindən hazırlanır. Bu yeməyi kənd toyuğundan hazırlayan zaman onu hissələrə bölüb, tavada qızdırırlar. Bir çolpa üçün iki soğan, 5 pomidor, bir badımcan, 50 qram kərə yağı, 30 qram sulu yağ, 50 qram heyva rubu, duz və istiot lazımdır. Bu ədviyyatları dediyim qaydada tavada bişirdikdən təxminən 20 dəqiqə sonra müsəmma yeməyi hazırdır”.

Gənc aşpaz Elçin Həsənov deyib ki, Lənkəranın gözəl təbiəti mədəniyyətin bu qədər zəngin və rəngarəng olmasına səbəb olub. Bu bölgəyə gəlib milli mətbəxi dadmadan getmək mümkün deyil.

Qeyd edək ki, aşpaz Elçin Həsənov Lənkəran Peşə Liseyində “Turizm sahəsində iaşə” ixtisasında istehsalat təlim ustası kimi fəaliyyət göstərir. 2022-ci ilin mart ayında Livanda Beynəlxalq İslam ölkələri üzrə kulinariya yarışmasına təmsil etdiyi Lənkəran komandası ilə qatılan Elçin Həsənov birinci yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.