Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Lənkəranın qəhrəman kəndi - Gəgiran VİDEO

Lənkəranın qəhrəman kəndi - Gəgiran VİDEO

Lənkəran, 5 yanvar, İsmayıl Cəfərli, AZƏRTAC 

Vətən müharibəsində möhtəşəm qələbə qazanan Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə yeni tarix yazdı. Bu tarixdə ölkəmizin hər bir bölgəsi kimi Lənkəranın da payı var. Rayonun ən ucqar dağ kəndlərindən olan Gəgiran indi qəhrəman kəndlərdən sayılır.

AZƏRTAC xəbər verir ki, Gəgiran kəndində ilk olduğumuz ailə haqq savaşımızda tarix yazan igidlərimizdən şəhid Mirzəyev Rasim Fətta oğlunun ailəsi oldu. 1998-ci ildə Lənkəranın ucqar dağ kəndi Gəgiranda doğulan Rasim həqiqi hərbi xidmətini bir il idi bitirmişdi. Vətən müharibəsi başlayan gündən ordu sıralarına çağırılan 22 yaşlı cəsur əsgərimizin döyüş yolu Füzulidən başlayır. Cəbrayıl və Qubadlının azad olunması uğrunda qəhrəmancasına vuruşan Rasimin sonuncu döyüşü oktyabrın 19-da olur. Qubadlı istiqamətində adsız yüksəklikləri işğalçılardan azad edən rəşadətli Ordumuzun əsgəri Rasim qəhrəmancasına şəhid olur. Vətən müharibəsində 25 gün igidliklə vuruşan Rasim döyüşə girdiyi hər günü şəxsi kitabçasında qeydə alır.

Şəhidin atası Fətta Xosrovov: “Cibində gəzdirdiyi şəxsi kitabçasında iştirak etdiyi döyüşləri yazıb. Kitabçaya oktyabrın 19–dək qeydlər etmişdi. Həmin gündən sonra vərəqlər qeydsiz idi. Ondan bildim ki, elə həmin gün oğlum qəhrəmancasına şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun!”.

Şəhidin anası Zəkiyyə Xosrovova: “Rasim yaxşı oğul idi, Vətən üçün canından keçdi. Öz ölümü ilə tarixə çevrildi. Oğlumla fəxr edirəm”.

2019-cu il noyabrın 6-da həmkəndlisi Şəlalə xanımla ailə həyatı quran Rasim özündən sonra 6 aylıq oğlu Asimi Vətənə əmanət etdi.

Şəhidin həyat yoldaşı Şəlalə Bayramzadə: “Müharibə başlayanda deyərdi ki, Ordumuz düşməni torpaqlarımızdan qovmalıdır. Arzusu döyüşlərdə iştirak etmək idi. Arzusuna çatdı, müharibədə iştirak etdi və şəhid oldu. Yeri cənnət olsun. Fəxr edirəm, belə bir igidin həyat yoldaşıyam”.

Rasim ölümündən sonra Ali Baş Komandanın Sərəncamı ilə "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Gəgiran kəndində Vətən müharibəsində xüsusi igidlik göstərərək Şuşaya kimi döyüş yolu keçən şəhid əsgərlərimizdən biri də 2002-ci il yanvarın 10-da dünyaya göz açan Əhədli Baloğlan Şakir oğludur. Sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman Baloğlan artıq 9 ay idi ki, həqiqi hərbi xidmətini keçməklə Vətənə olan borcunu ləyaqətlə yerinə yetirirdi. Müharibə başlayan gündən döyüş meydanına atılan 18 yaşlı qəhrəman cəbhənin bütün istiqamətlərində gedən döyüşlərdə igidliklə vuruşur. Onun sonuncu döyüşü noyabrın 6-da Daşaltı kəndində olur.

Şəhidin atası Şakir Həbibov: “Füzulinin bütün kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Suqovuşan və Şuşada şiddətli döyüşlərdə vuruşub. Şuşa istiqamətində Daşaltı kəndində şəhid olub. Silahdaşları deyir ki, oğlum azad olunan ərazidə daş üstündə yazıb – “Qarabağ Azərbaycandır!”. Bir təsəlli kimi aidiyyəti qurumlardan xahişim var. Gəgiranda yeni müasir orta məktəb binası tikilib. İstəyirdim ki, oğlumun adı yeni məktəbə verilsin”.

Şəhidin anası Xanım Əhədova: “Üç bacının bir qardaşı idi. Evimin də sonuncu uşağı idi. Çox cəsur uşaq idi. Bir ana kimi ondan razı idim. Çox tərbiyəli, cəsur və mərd oğul idi. Baloğlanla fəxr edirəm. Onun arzuları çox idi. Öz arzusu ürəyində qaldı. Amma bütün Azərbaycanın arzusunu yerinə yetirdi”.

Rəşadətli Ordumuzun ən gənc və cəsur döyüşçülərindən biri olmuş şəhid Baloğlan ölümündən sonra Ali Baş Komandanın Sərəncamı ilə "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Bəli, 44 günlük Zəfər mübarizəmizin azman igidlərinin hər biri düşmənlə savaşda göstərdiyi rəşadətin, torpaq sevgisinin şərəf mükafatını aldı. Bu torpaq uğrunda canlarından keçən şəhidlərimizin müqəddəs haqq mübarizəsi qiymətləndirildi... Amma o oğulların, o Vətən sevdalıların, o Vətən fədailərinin ən ali mükafatı, ən uca qiyməti xalqımızın ürəyində fəth etdikləri sevgi, qürur zirvəsidir...

Lənkəranın qəhrəman kəndi - Gəgiran VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb