REGİONLAR


Lənkəranın sitrus bağlarında limon yığımına başlanılıb

Lənkəran, 23 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Bir neçə gündür Lənkəran rayonunun sitrus meyvə bağlarında limon yığımına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu il rayonun limon bağlarında məhsul boldur. Havalar isti və quraq keçdiyindən meyvələrin həcmcə bir qədər kiçik olması istehsalçıları o qədər də narahat etmir. Limonun digər sitrus meyvələrindən fərqli və üstün cəhətlərdən biri odur ki, meyvəni uzun müddət ağacda saxlamaq və ilin istənilən vaxtı bazara çıxarmaq mümkündür.

Yerli limonlara tələbatın çox olduğunu vurğulayan təsərrüfat sahibi Mirəkrəm Miriyev deyir ki, əgər xaricdən limon gətirilməsə, məhsulumuz bazarda daha yüksək qiymətə satılar. Böyük limonları indi yığırıq. Bir aydan sonra kiçik meyvələri yığıb bazara çıxaracağıq.

Əsasən Lənkəranda, Bakıda və ətraf rayonlarda bazara çıxarılan məhsulun qiyməti alıcıları qane edir. Limonların qiyməti iri-xırdalığına görə dəyişir. Alıcılara kiçik limonların 3-5 ədədi, iri limonların isə bir ədədi bir manata təklif olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.