REGİONLAR


Lənkəranlı alimin “Sitrus bitkilərinin gübrələnməsinin elmi-praktik əsasları” monoqrafiyası nəşr olunub

Lənkəran, 29 aprel, Bağır Əliyev, AZƏRTAC

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin baş elmi işçisi, aqrar elmləri üzrə fəlsəfə doktoru Xalıqverdi Babayevin “Sitrus bitkilərinin gübrələnməsinin elmi-praktik əsasları” monoqrafiyası çap olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Elm” nəşriyyatında çap olunan, 3 bölmə və 8 fəsildən ibarət monoqrafiyada müəllifin uzun müddət ərzində Lənkəran-Astara bölgəsində sitrus bitkilərinin gübrələnməsinin nəzəri və praktik məsələlərinin həllinə həsr olunmuş elmi-tədqiqat işlərinin tətbiqi materialları təqdim edilib.

Kitabda, həmçinin ölkəmizin cənub bölgəsinin torpaq-iqlim şəraiti, gübrələrin təsnifatı və növləri, dozalarının optimallaşdırılması metodları, gübrələmə sistemi və digər həlli vacib məsələlər nəzərdən keçirilib.

Yeni kitabdan ali təhsil müəssisələrinin “Aqronomluq”, “Torpaqşünaslıq və aqrokimya” və digər ixtisaslarda təhsil alan tələbələr, magistrantlar, doktorantlar, həmçinin fermerlər istifadə edə bilərlər.

Qeyd edək ki, lənkəranlı alim Xalıqverdi Babayev ölkəmizin və xarici ölkələrin nüfuzlu elmi-texniki jurnallarında nəşr olunmuş 70-dən çox elmi əsərin, 1 monoqrafiya, 1 kitab, ali təhsilin bakalavriat pilləsi üçün 3 tədris proqramının müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.