REGİONLAR


Lənkəranlı gənclər startap layihələrinin hazırlanmasında bacarıqlarını sınayıblar

Lənkəran, 18 yanvar, Bağır Əliyev, AZƏRTAC

Lənkəran şəhərindəki Gənclər Evində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən reallaşdırılan “Region gənclərinin startap layihələrini yazmaq bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlim-məşğələ keçirilib. Tədbirdə ali və orta ixtisas məktəblərinin tələbələri və məzunları, əmək fəaliyyətinə yeni başlayan gənclər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri və layihə rəhbəri Raci Səfərov layihənin məqsəd və vəzifələrindən danışıb.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev çıxışında bildirib ki, bu cür layihələrin Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamla təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında əks olunmuş müddəalarla uyğunluğu gənclərin innovativ-kreativ ideyalarının reallaşdırılmasına dəstək göstərmək xarakterindədir. Belə layihələr region gəncləri arasında yeniliklərin tətbiqi və iş yerlərinin açılmasında mühüm rol oynayacaq.

Beynəlxalq dərəcəli təlimçı Rafət Şirəliyev gənclərə startap biznesi, onun əhəmiyyəti, startap biznes-planların hazırlanması və strukturu, GZİT təhlili barədə məlumat verib.

Gənclər qrup işi kimi komandalara bölünərək yaradıcı təkliflərlə startap layihələri ətrafında geniş müzakirələr aparıblar.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.