REGİONLAR


Lənkəranlı məktəbli respublika onlayn mahnı müsabiqəsində üçüncü yeri tutub

Lənkəran, 2 mart, Bağır Əliyev, AZƏRTAC

Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Vətən yaxşıdır” devizi ilə keçirilən onlayn respublika mahnı müsabiqəsində Lənkəran şəhər 2 nömrəli uşaq musiqi məktəbinin şagirdi Allahverən Hüseynzadə uğurla çıxış edib.

Bir ay davam edən onlayn mahnı müsabiqəsinin keçirilməsində məqsəd, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Xudayar Yusifzadə və onun timsalında bütün şəhidlərin xatirəsini böyük ehtiramla yad etmək, uşaq və gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyələndirmək, istedadlı uşaqları aşkar etməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublika onlayn mahnı müsabiqəsində lənkəranlı məktəbli “Bəstəkar mahnıları” nominasiyasında 15-20 yaş qrupunda “Yaşa mənim xalqım!” mahnısının ifasına görə üçüncü yerə layiq görülüb.

Münsiflər heyətinin sədri, Xalq artisti Təyyar Bayramov lənkəranlı məktəbliyə diplom təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.