REGİONLAR


Lənkəranlı məzun Azərbaycanın ən gənc tələbəsi olub

Lənkəran, 15 avqust, Bağır Əliyev, AZƏRTAC 

Lənkəran rayonunun Şilavar kənd sakini, 15 yaşlı Miryusif Feyzullazadə bu il tələbə adını qazananlar arasında ən gəncidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin məzunu olan M.Feyzullazadə Lənkəran Dövlət Universitetinin turizm və hotelçilik ixtisasına dövlət sifarişi əsasında qəbul olub.

Onun sözlərinə görə, son zamanlar ölkəmizdə, xüsusən də cənub bölgəsində turizm sektorunun sürətli inkişafı və bu sahədə görülən işlər onun bu ixtisası seçməsində mühüm rol oynayıb.

Qeyd edək ki, ötən tədris ili üçün ali məktəblərə qəbulla bağlı keçirilən imtahanlarda ölkə üzrə ən yaşlı tələbə adını qazanan da Lənkəran sakini olub. 55 yaşlı Atakişi Ağayev Bakı İslam Universitetinin dinşünaslıq fakültəsinə daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.