REGİONLAR


Lənkəranlı taekvondoçu dünya birinciliyində bürünc medal qazanıb

Lənkəran, 22 avqust, Bağır Əliyev, AZƏRTAC

Özbəkistanın paytaxtı Daşkənddə taekvondo üzrə yeniyetmələr arasında keçirilən dünya birinciliyində müxtəlif ölkələrdən 549 idmançı iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dünya birinciliyində Azərbaycan millisinin 11 üzvü 10 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb. Yığmamız beynəlxalq yarışda 1 medal qazanıb. Onu aktivinə lənkəranlı idmançı yazdırıb.

“Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran Uşaq Gənclər İdman Şahmat Məktəbinin yetirməsi Nizami Hacıyev beynəlxalq yarışda 53 kiloqram çəki dərəcəsində yarımfinaladək Honkonq, Qazaxıstan və Misir taekvondoçularını mübarizədən kənarlaşdırıb. Lakin finala gedən yolda bolqarıstanlı rəqibinə məğlub olub.

Qarşıda taekvondoçularımızı İspaniyada təşkil olunacaq Avropa çempionatı gözləyir. Nizami Hacıyevlə birgə lənkəranlı idmançılardan Yusif Abbasəlizadə və Fərid Əliyev də oktyabr ayında keçiriləcək qitə çempionatına ciddi hazırlaşırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.