REGİONLAR


Lənkəranlı tələbə onlayn müsabiqədə uğurla çıxış edib

Lənkəran, 2 iyun, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Sosial və Aqrar-Texnoloji Kollecin “Kitabxana və informasiya təminatı” ixtisası üzrə I kurs tələbəsi Ləman Quliyeva Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin birgə keçirdiyi “Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda onlayn müsabiqəsində uğurla çıxış edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 20-dən mayın 31-dək davam edən müsabiqədə Ləman Quliyeva fəxri fərmanla mükafatlandırılıb.

Qeyd edək ki, Ləman Quliyeva Vətən müharibəsi iştirakçısı, Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin təlim-tərbiyə üzrə direktor müavini, ehtiyatda olan polkovnik-leytenant Emin Quliyevin qızıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.