SİYASƏT


Leonid Kalaşnikovun fikrincə, Paris Qarabağda dinc nizamlama prosesini pozmaq üçün yenidən cəhd edir

Moskva, 26 noyabr, AZƏRTAC

Fransa Senatı Fransa hökumətini qondarma “DQR”in müstəqilliyini tanımağa səsləyərkən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın səylərini pozmağa cəhd göstərib.

AZƏRTAC xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov bu sözləri “Vestnik Kavkaza” nəşrinə müsahibəsində söyləyib.

“Mən ABŞ-dan gözləmədiyim kimi, Fransadan da Rusiyanın tərəfləri normal nizamlanma yoluna çıxarmasına görə təəssüf hissi keçirməsindən başqa heç nə gözləmirdim. Vəziyyətin sülhə doğru getdiyini, tərəflərin razılığa gəlməsini görüncə, Paris bu prosesi pozmağa, hansısa gərginlik yaratmağa yenidən cəhd edir”, - deyə siyasətçi qeyd edib.

Rusiyalı deputatın fikrincə, buna bənzər hərəkətlər indiki mərhələdə tamamilə qeyri-konstruktivdir və Minsk qrupu həmsədrinin birtərəfli müdaxiləsi, sadəcə olaraq, yolverilməzdir.

L.Kalaşnikov deyib: “Bu qətnamənin Cənubi Qafqazda heç kəsə faydası olmayacaq. Bu addım yalnız Rusiyanın bu regionda səylərini hər hansı yolla pozmağa yönəlib. Reallıqda bu, Rusiyanın mövqeyinə heç cür təsir etməyəcək, lakin hər halda xoşagəlməz təəssürat qalacaq. Fransa Senatının qərarı ən azından hazırda Rusiya Federasiyasını Cənubi Qafqaza sülh gətirməkdə təqsirləndirən radikalları ruhlandıracaq. Qətnamənin məqsədlərindın biri budur”.

Deputatın proqnozlarına görə, çox güman ki, Fransa hökuməti Senatın təxribatını dəstəkləməyəcək. “Fikrimcə, Fransa hökuməti özünü daha məsuliyyətli aparır və başa düşür ki, təəssüf hissini ifadə etməkdən başqa məsələlər də mövcuddur, münaqişəni əməli surətdə nizamlamaq lazımdır. Siyasətdə təəssüflər üçün yer yoxdur”, - deyə Dövlət Dumasının komitəsinin sədri sonda vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.