SİYASƏT


Leonid Kuçma: İki ölkə beynəlxalq diplomatiyanın köməyi ilə bu problemin müharibəsiz həllini tapa bilərdi

Kiyev, 11 oktyabr, AZƏRTAC

Dağlıq Qarabağ problemi çox mürəkkəbdir, bu səbəbdən də 30 ildir ki, həll olunmur.

Ukraynanın sabiq prezidenti (1994-2005-ci illər) Leonid Kuçma bu fikri AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib.

Ukraynanın sabiq prezidentinin sözlərinə görə, o, Ukraynaya dair Minsk danışıqlar prosesi çərçivəsində müsahibələrində bu mənfi nümunəni tez-tez yada salır.

L.Kuçma hesab edir ki, Azərbaycan ilə Ermənistan arasındakı dondurulmuş münaqişə kimlərəsə çox sərf edir: “İnanıram ki, əgər belə olmasaydı, iki ölkə beynəlxalq diplomatiyanın köməyi ilə bu problemin müharibəsiz həllini tapa bilərdi. Bu, ədalətli həll olmasa da, ən azı konsensusa əsaslanan - sülhə aparan həll olardı”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.