DÜNYA


Leonid Slutski Rusiya Liberal-Demokrat Partiyasının sədri seçilib

Moskva, 27 may, AZƏRTAC

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri seçilib.

AZƏRTAC xəbər verir ki, L.Slutski partiyanın 34-cü növbədənkənar iclasında seçilib. O, bu vəzifədə aprel ayında vəfat etmiş Vladimir Jirinovskini əvəz edəcək. RLDP-in nizamnaməsinə görə, partiya sədri 4 il müddətinə seçilir. Bir nəfərin qeyri-məhdud sayda namizədliyini irəli sürmək hüququ var.

Leonid Slutski seçkilərdən sonra çıxışında bildirib ki, RLDP-nin strategiyası, dəyişməyəcək. Eyni zamanda, partiyanın fəaliyyəti daha sosial yönümlü olacaq. Ekspertlər L.Slutskini partiyanın yeni fəaliyyət rejiminə sakit keçidini təmin edə biləcək fiqur kimi qiymətləndirirlər.

Qeyd edək ki, L.Slutski ixtisasca iqtisadçıdır. Bir çox məsul vəzifələrdə çalışıb, o cümlədən Rusiya Federal Məclisinin Avropa Şurasındakı nümayəndəliyinin rəhbərinin müavini olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.