SİYASƏT


Leonid Yakuboviç: Heydər Əliyev tarixi şəxsiyyətdir

Moskva, 11 dekabr, AZƏRTAC 

Heydər Əliyev tarixi şəxsiyyətdir. Mən onunla cəmi bir dəfə görüşmüşəm və bu görüş mənə elə güclü təsir bağışladı ki, onun tərcümeyi-halını ətraflı öyrənməyə başladım. Heydər Əliyev yüksək intellekt, güclü xarizma sahibi idi. Mən həyatımda iki və ya üç bu cür insanla rastlaşmışam.

AZƏRTAC xəbər verir ki, rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç ümummilli lider Heydər Əliyev haqqında danışarkən belə söyləyib.

L.Yakuboviç qeyd edib ki, “Pole çudes” verilişinin komandası Bakıda olarkən Heydər Əliyev onları qəbul edib: “Sonradan onunla söhbətimizi təhlil edərək xalqın nə üçün onun ardınca getdiyini başa düşdüm. Onu dinləyir və eşidirdilər. O, nəhəngdir. Xalq ona hədsiz hörmət bəsləyir və ümid edirdi ki, respublikanı yalnız o, xilas edə bilər. Heydər Əliyevin oğlu İlham Əliyev ona çox oxşayır. Bu, Əliyev geninin gücünə dəlalət edir. Təbiət bu genin qüdrətini İlham Heydər oğluna ötürüb. O, atasına xas olan daxili qüvvəni, güclü xarakteri əxz edib”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.