MƏDƏNİYYƏT


Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “Mərhəmət” filmi nümayiş olunub

Bakı, 18 yanvar, AZƏRTAC

Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan “açıq qapı” günü keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyə daxil olan ziyarətçiləri ekskursiya boyu maestronun ifasında və dirijorluğu altında səslənən klassik musiqilər müşayiət edib.

Gün ərzində ziyarətçilərə Mstislav Rostropoviçin dirijorluğu altında səslənən klassik musiqilərdən fraqmentlər də göstərilib. Həmçinin muzeyin fondunda saxlanılan, xarici və Azərbaycan klassiklərinin audio-video yazılarından ibarət zəngin fond materiallarından ibarət sərgi nümayiş etdirilib.

Tədbirdə Əməkdar incəsənət xadimi L.Səfərovanın M.Rostropoviçin qaçqınlarla görüşündən bəhs edən “Mərhəmət” filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.