MƏDƏNİYYƏT


Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində kamera musiqisi konserti

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində kamera musiqisi konserti olub.

AZƏRTAC xəbər verir ki, konsertdə Əməkdar Artist, violonçelçalan Aleksey Miltıx və beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə çıxış ediblər. Onlar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini, o cümlədən S.Raxmaninovun “Violonçel üçün sonata”, Ə.Bədəlbəylinin “Rəqs”, O.Zülfüqarovun “Muğamsayağı və rəqs”, F.Bədəlbəylinin “Şuşa” və s. əsərlərini ifa ediblər.

Sonra qonaqlar Azərbaycan bəstəkarlarının not yazıları sərgisi ilə tanış olublar.

Tədbirdə mədəniyyət və incəsənət xadimləri, musiqi ocaqlarının müəllim və tələbələri, KİV nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.