REGİONLAR
Lerik-Kəlvəz-Göydərə yolunda hərəkət bərpa edilib VİDEO
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də Lerik rayonu, Lerik-Kəlvəz-Göydərə avtomobil yolunun 8-ci kilometrində nəqliyyatın hərəkəti “Azəravtoyol” ASC-nin Xüsusi Təyinatlı İdarəsi tərəfindən bərpa olunub.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bir neçə gün öncə baş vermiş dağ uçqunu nəticəsində yolun hərəkət hissəsinə iri qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub.
Dərhal əraziyə gələn "Azəravtoyol"un ağır texnikası və canlı qüvvəsinin köməyi ilə iri qaya parçaları partladıldıqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]