REGİONLAR


Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yolu yenidən qurulur VİDEO

Bakı, 10 iyul, AZƏRTAC 

Lerik rayonunun Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda layihəyə uyğun olaraq, avtoqreyderlə 18 min poqonmetr uzunluğunda küvetlərin açılması, müxtəlif diametrlərə malik 264 poqonmetrlik suötürücü dəmir-beton boruların quraşdırılması və izolyasiyası aparılır. Daha sonra yol əsasının tikintisi işləri görüləcək və yola 2 laydan ibarət asfalt-beton örtük döşənəcək. Layihə çərçivəsində tikinti işləri 200 min kvadratmetr sahəni əhatə edir.

Yolboyu 69 yol nişanı və məlumatverici lövhə, 42 ədəd kilometr göstəricisi, 320 siqnal dirəyi quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə yolu Lerikin şəhər mərkəzinə çıxışı təmin etməklə 4 min nəfərədək əhalinin yaşadığı 4 məntəqəni birləşdirir. Avtomobil yolu əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi və qonşu rayonlarla nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.