CƏMİYYƏT


Lerik rayonunda Müstəqillik Günü münasibətilə yürüş keçirilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Lerik Rayon Gənclər və İdman İdarəsi 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə şəhərin mərkəzindəki dövlət bayrağı meydanı istiqamətində yürüş təşkil edib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələrinin, gənclərinin qatıldıqları yürüşün iştirakçıları “Müstəqilliyimiz əbədidir, dönməzdir!”, “Yaşasın müstəqil Azərbaycan” və “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarlarını səsləndiriblər. İştirakçılar 3 kilometr məsafəni qət etdikdən sonra dövlət bayrağı meydanına gəlib, burada müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra yürüş iştirakçıları Heydər Əliyev Muzeyində Ulu Öndərin mənalı həyatının və çoxşaxəli siyasi fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponatlara baxıb, Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.