CƏMİYYƏT


Lerik rayonunda evdə üzərində xəsarət izləri olan qadın meyitinin aşkarlanması ilə bağlı araşdırmalar aparılır

Bakı, 29 aprel, AZƏRTAC

Aprelin 28-də saat 16 radələrində Lerik rayonunun Barzavu kəndində 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkarlanması barədə rayon prokurorluğuna məlumat verilib.

Lerik Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

Hazırda hadisənin təfərrüatlarını və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilərək tutulub istintaqa cəlb olunması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.