CƏMİYYƏT
Lerik rayonunun Rvarud kəndində qar örtüyünün hündürlüyü 88 santimetrə çatıb
Bakı, 14 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi fevralın 13-ü gündüzdən 14-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir sulu qar, qar yağıb, Lənkəran-Astara zonasında intensiv olub.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-9, Böyük Qafqazda 2-10, Naxçıvan MR-də 4-6, Lənkəran-Astara zonasında 3-29, Mərkəzi Aran rayonlarında 3-12, Qazax-Gəncə zonasında 3-10 millimetr təşkil edib.
Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında - Qumyataqda 4, Bakı, Maştağada 3, Sumqayıt, Ələtdə 2, Binə, Zabratda 1, Lənkəran-Astara zonasında: Rvarudda 88, Lerikdə 70, Yardımlıda 39, Göytəpədə 32, Lənkəran, Kəlvəzdə 25, Biləsuvarda 20, Astarada 14, Kiçik Qafqazda - Daşkəsəndə 15, Göygöldə 11, Gədəbəydə 9, Böyük Qafqazda - Sarıbaşda 49, Altıağacda 18, Qırızda 17, Qubada 15, Şamaxıda 12, Mərəzə, Qusar, Kişçayda 9, Şəki, Qəbələdə 8, Oğuz, Zaqatala, İsmayıllıda 4, Şabran, Şirvanda 3, Balakəndə 1, Qazax-Gəncə zonasında - Şəmkirdə 7, Gəncə Aviada 5, Gəncə, Tovuzda 4, Naftalan, Ağstafada 3, Naxçıvan MR-də: Ağdərədə 45, Şahbuzda 28, Şərurda 27, Naxçıvanda 26, Mərkəzi Aran rayonlarında - Kürdəmirdə 20, Qazıməmməddə 7, Tərtərdə 6, Beyləqanda 5, Mingəçevir, Salyanda 2, Bərdə, İmişli, Sabirabad, Cəfərxanda 1 sm. olub.