ELM VƏ TƏHSİL


Lerik rayonunun sürüşməyə meyilli ərazilərində araşdırmalar aparılıb

Bakı, 25 may, AZƏRTAC

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Lerik rayonunun sürüşməyə meyilli ərazilərində araşdırmalar aparılıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Bildirilib ki, institutun mütəxəssisləri Lerikin Haftoni, Lərmərud, Nücü və digər irili-xırdalı kəndlərinin yerləşdiyi sürüşməyə meyilli Dırığ zonasında geniş tədqiqat işləri aparıblar. Ərazi, içində iri qayma daşlarının olması ilə digərlərindən fərqlənən süxurlarla örtülüb ki, bu da onların öyrənilməsinə fərqli yanaşma tələb edir. Uzun tarixi dövr ərzində bu sahələr insanlar tərəfindən yaşayış üçün mənimsənilib, meşələr qırılıb, yamaclar şumlanıb. İşlər düzgün aparılmadığından ərazidə sürüşmələr fəallaşmağa başlayıb. Lərmərud kəndində bir evin həyətyanı sahəsi ilə birlikdə torpaq altında qaldığı, ətrafda yeni çatlar yarandığı üçün 11 evin sürüşmə zonasına çevrildiyini müşahidə edən tədqiqatçılar həmin evlərin nisbətən təhlükəsiz sahələrə köçürülməsini məqsədəuyğun hesab edib, orada yamac bərkidilməsi işləri aparılmasının sərfəli olmadığını və maliyyə baxımından daha baha başa gələcəyini diqqətə çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.