REGİONLAR


Lerik və Cəlilabadda qabaqcıl müəllimlər mükafatlandırılıblar

Lerik, 6 oktyabr, AZƏRTAC

Lerik şəhər 3 nömrəli tam orta məktəbdə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov müəllimləri əlamətdar gün münasibətilə təbrik edərək, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 oktyabr tarixli sərəncamları ilə respublikanın təhsil işçilərinə fəxri adların verilməsini, onların medallarla təltif edilməsini dövlətimizin başçının təhsilin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib.

Tədbirdə Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov, Günəşli kənd tam orta məktəbinin direktoru Qurban Ağayev, Lerik Rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Araz Qurbanov, şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin müəllimi Brilyant Bayramova, Əməkdar Müəllim Əhməd Əzizov, Lərmərud kənd tam orta məktəbinin müəllimi, “Tərəqqi” medallı Əfrəddin Abdullayev çıxış edərək rayonda təhsil sahəsində əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıb, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra təhsildə keyfiyyətin yüksəldilməsində, gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə bir qrup müəllimə fəxri fərmanlar və hədiyyələr verilib.

Tədbir bədii hissə ilə başa çatıb.

X X X

Beynəlxalq Müəllimlər Günü Cəlilabadda qeyd olunub. Bu münasibətlə keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin mənalı və zəngin ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən toplantıda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik edib.

Qeyd olunub ki, Ulu Öndərin Azərbaycana rəhbərliyi illərində ölkəmizdə yüzlərlə yeni məktəb binası, uşaq bağçası, ali və orta ixtisas məktəbləri üçün müasir tələblərə cavab verən yeni binalar tikilib istifadəyə verilib. Bu istiqamətdə tədbirlər hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bildirilib ki, bu gün təhsilə, müəllimə diqqət və qayğı göz qabağındadır. Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan siyasət təhsilin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Toplantıda çıxış edənlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Bayram süfrəsi ətrafında davam edən tədbirdə rayonun bir qrup qabaqcıl təhsil işçisinə fəxri fərmanlar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.