Lerikdə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib
AzerTAg.az
Lerik, 20 yanvar, Bağır Əliyev, AZƏRTAC
Yanvarın 20-də Lerik şəhərindəki “Şəhidlər” abidə kompleksinin önündə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə kollektivlərinin, ağsaqqalların, ziyalıların və ictimaiyyətin nümayəndələri abidə önünə əklillər və gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.
Anım mərasimində Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.




Xəbərin mətnində orfoqrafik səhv var