Lerikdə Novruz bayramı münasibətilə satış yarmarkası açılıb
AzerTAg.az
Lerik, 15 mart, İlkin Adıyev, AZƏRTAC
Lerik rayonunda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə təşkil edilən yarmarka Novruz bayramı ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin olunması və süni qiymət artımının qarşısının alınması məqsədi daşıyır.
Yarmarkada əsasən ət və süd məhsulları, balıq, quş əti, yumurta, meyvə-tərəvəz, bayram çərəzləri satışa çıxarılıb. Məhsullar alıcılara bazardakından 20-30 faiz ucuz qiymətə təklif olunub.
Yarmarkalarda alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyətinə, sanitariya-gigiyenik vəziyyətə nəzarət təmin edilib.





Xəbərin mətnində orfoqrafik səhv var