REGİONLAR
Lerikdə Ramazan ayı ilə əlaqədar iftar süfrəsi açılıb
Lerik, 2 iyul, Bağır Əliyev, AZƏRTAC
Lerik şəhərində iftar süfrəsi açılıb.
AZƏRTAC xəbər verir ki, iftar süfrəsində dindarlarla yanaşı, imkansız və şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun dindarlarını qarşıdan gələn bayram münasibətilə təbrik edərək, Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu bildirib.
Azərbaycanda sabitlik, davamlı inkişaf, birlik və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu vurğulayan R.Bağırov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlətimizin başçısının yürütdüyü siyasət nəticəsində ölkəmizdə tolerantlıq ənənələrinin daha da möhkəmləndiyini, məscid və dini ibadət yerlərinin inşa edildiyini diqqətə çatdırıb.