REGİONLAR


Lerikdə Ramazan bayramı münasibətilə iftar süfrəsi açılıb

Lerik, 14 iyun, Bağır Əliyev, AZƏRTAC

Lerik şəhərində Ramazan bayramı münasibəti ilə iftar süfrəsi açılıb. Tədbir rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iftar mərasimi müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə başlanıb.

Mərasimdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov respublikada vicdan azadlığı və tolerantlıq mühitindən, məscid və dini ibadət yerlərinin inşa edilməsindən danışıb. O, Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə, işğal altında olan torpaqlarımızda da iftar süfrələrinin açılacağına əminliyini ifadə edib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.