CƏMİYYƏT


Lerikdə “Sosial şəbəkələr: Təhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib

Bakı, 16 iyul, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu çərçivəsində təlim və tədbirlər iyulun 16-da da davam etdirilib.

AZƏRTAC xəbər verir ki, günün birinci yarısında icebreaker təşkil olunub. Sonra “Sosial şəbəkələr: təhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib.

YAP Gənclər Birliyi Ofisinin əlaqələndiricisi Elmar Məmmədov çıxış edərək təlimin mövzusu və faydaları barədə məlumat verib.

Sonra təlimin moderatoru, YAP Nərimanov rayon təşkilatının fəalı Fuad Babayev sosial şəbəkələrdən istifadə qaydaları və təhlükəsizlik məsələlərindən geniş bəhs edib.

Sonda gənclərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.