ELM VƏ TƏHSİL
Lerikdə eramızdan əvvəl V əsrə aid qəbiristanlıq və yaşayış yeri aşkar olunub
Bakı, 9 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun amerikalı arxeoloqlarla birgə Lerik rayonunun Gürdəsər kəndi ərazisində apardığı tədqiqatlar zamanı eramızdan əvvəl V əsrə aid olduğu bildirilən qəbiristanlıq və yaşayış yeri aşkarlanıb.
AMEA-dan AZƏRTAC-a verilən məlumata görə, ekspedisiyanın rəhbəri, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli ərazidə altı ildən bəri tədqiqat işlərinin aparıldığını bildirib. O, son tədqiqatlar zamanı təpənin qayalıq hissəsində qəbiristanlığın daha erkən nümunələrinin sıx şəkildə müşahidə olunduğunu söyləyib.
Ekspedisiya rəhbəri deyib ki, qəbirlərdə antik dövrə aid silahlar, muncuq bəzək əşyaları və saxsı məişət əşyaları vardır. Aşkar edilən maddi-mədəniyyət nümunələrində həmin dövr imperiyalarının mədəni təsiri izlənilməkdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]