CƏMİYYƏT


Lerikdə güclü yanğın olub, üç nəfər ölüb

Bakı, 22 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Lerik rayonunda baş verən güclü yanğınla bağlı məlumat yayıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Lerik rayonunun Vizəzəmin kəndində ümumi sahəsi 135 kvadratmetr olan evdə yanğın qeydə alınıb. Hadisə nəticəsində birmərtəbəli 3 otaq və aynabənddən ibarət ev yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən yüngül zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq, Təcili Tibbi Yardım xidmətinə təhvil verilib və ona yerində ilkin tibbi yardım göstərilib. Yanğınsöndürənlər tərəfindən ev sahibi 1963-ci il təvəllüdlü Hüseynov Elman Mirzəhüseyn oğlunun, həyat yoldaşı 1967-ci il təvəllüdlü Hüseynova Şüküfə Qüdrət qızının və ev sahibinin 1995-ci il təvəllüdlü qızı Mirzəzadə Süsən Elman qızının yanmış meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.