REGİONLAR


Lerikdə inşa edilən 48 mənzilli yaşayış binası bu ilin sonunadək istifadəyə veriləcək

Lerik, 14 aprel, Bağır Əliyev, AZƏRTAC

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Lerik şəhərində qəzalı vəziyyətdə olan evlərin sakinləri üçün inşa edilən 48 mənzilli yeni yaşayış binasının tikintisi davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaşayış binasının tikintisinə ötən ilin dekabrında başlanılıb. Bir hektar ərazidə inşa edilən dördmərtəbəli bina iki korpusdan ibarət olacaq.

Artıq binanın zirzəmisində tikinti işləri başa çatdırılıb, birinci mərtəbədə hörgü işlərinə başlanılıb.

Bir, iki və üç otaqlı mənzillərdən ibarət olacaq yaşayış binasının bu ilin dekabrında istifadəyə verilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.