REGİONLAR


Lerikdə izdihamlı bayram tədbiri keçirilib

Lerik, 1 yanvar, Bağır Əliyev, AZƏRTAC

Lerikdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə keçirilən tədbirdə yüzlərlə rayon sakini iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayramsayağı bəzədilmiş Lerik şəhərindəki Heydər Əliyev Meydanında keçirilən ümumrayon tədbirində rayon icra hakimiyyətinin, idarə, təşkilat və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev rayon sakinlərini əlamətdar bayramlar münasibətilə təbrik edərək bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər il azərbaycanlılar tərəfindən təntənə qeyd olunur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş daxili və xarici siyasət nəticəsində 2018-ci ilin də uğurla başa çatdığını qeyd edən C.Baxşıyev deyib ki, dövlətimizin başçısının oktyabrın 15-də rayona növbəti səfərindən sonra Lənkəran-Lerik avtomobil yolunun, Lerik şəhərində 48 mənzilli binanın və Orand kəndində məktəb binasının tikintisinə vəsaitin ayrılması barədə sərəncamların imzalaması rayonun gələcək inkişafından xəbər verir.

Bayram şənliyində Şaxta baba və Qar qız rayon sakinlərini Yeni il bayramı münasibətilə təbrik edib, uşaqları hədiyyələrlə sevindiriblər.

Ümumrayon tədbiri rayonun musiqi kollektivinin ifasında konsert proqramı ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.