Lerikdə marixuana satmaqda şübhəli bilinən şəxslər həbs edilib
AzerTAg.az
Bakı, 24 yanvar, AZƏRTAC
Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Hücü kənd sakini, əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş M.Rüstəmovdan və Bibiyanı kənd sakini E.Muradovdan çəkisi 270 qram olan marixuana götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan tədbirlərlə narkotik vasitəni onlara satmaqda şübhəli bilinən Buzeyir kənd sakinləri N.Kəlbiyev və E.Əmənov da müəyyən edilib. Görülmüş əməliyyat tədbirləri nəticəsində onlar saxlanılıblar. E.Əmənovdan 235 qram, N.Kəlbiyevin evindən isə 50 qram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Xəbərin mətnində orfoqrafik səhv var