İQTİSADİYYAT


Lerikdə qaz təsərrüfatına dair ünvanlanan suallar cavablandırılıb

Bakı, 25 may, AZƏRTAC

Vətəndaşların yerlərdə problemlərinin dinlənilməsinə və onların icrasına xidmət edən “Açıq mikrofon” aksiyası bu dəfə Lerik rayonunda baş tutub.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, aksiyaya rayonun müxtəlif kəndlərindən üz tutan sakinlər qarşılaşdıqları çətinliklərdən söz açıblar. Əsasən kənd yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı müraciətlər rayonun Pirasora, Şinqəbula, Gürdəsər, Günəşli, Mololan, Lərmərud və digər kəndlərin sakinləri tərəfindən ünvanlanıb. Lerik şəhəri Həzi Aslanov küçəsində yaşayan Firudin Səfərov yaşadıqları küçənin qazlaşdırıldığını, lakin sonradan inşa edilən 5 fərdi yaşayış evində mavi yanacaqdan istifadənin qeyri-mümkün olduğunu bildirərək, həmin hissədə də küçə qaz xəttinin çəkilməsini xahiş edib. Rayonun Məhləabad kənd sakini Asif Hüseynov və Kəlbəz kənd sakini Habil Quluzadə yaşadıqları ünvanın qarşısından keçən qaz xəttinin onlara mane olduğunu qeyd edərək, qaz xəttinin yerinin dəyişdirilməsini istəyiblər. Birliyin rəhbər şəxsləri daxil olan hər bir müraciətlə bağlı ətraflı izahatlar veriblər. Sakinlərə ünvanlanan hər müraciətin araşdırılması, lazımi tədbirlərin görüləcəyi ilə bağlı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.