REGİONLAR


Lerikdə sağlamlıq imkanları məhdud şəxslərlə görüş

Lerik, 3 dekabr, Bağır Əliyev, AZƏRTAC

Dekabrın 3-də Lerik Rayon İcra Hakimiyyətində Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar sağlamlıq imkanları məhdud şəxslərlə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov ölkəmizdə əlillərin dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduğunu vurğulayıb. R.Bağırov Prezident İlham Əliyev tərəfindən daim əlillərə, o cümlədən Qarabağ müharibəsi əlillərinə, eləcə də şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərildiyini deyib. Qeyd olunub ki, Azərbaycan Prezidenti tərəfindən bu kateqoriyadan olan vətəndaşların pensiya və müavinətlərinin məbləğlərinin artırılması, onların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq sərəncamlar verilir.

Rayon icra hakimiyyətinin başçısı Lerikdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 16 mənzilli olmaqla iki yaşayış binasının və fərdi yaşayış evlərinin tikildiyini, onlara minik avtomobilləri verildiyini diqqətə çatdırıb: “Rayonda əlillər üçün hər cür şərait yaradılıb, onların qaldırdığı problemlərin həllinə daim diqqət göstərilir. Qarabağ müharibəsi, Çernobıl və Böyük Vətən müharibəsi əlilləri, habelə digər kateqoriyadan olan əlillərlə mütəmadi görüşlər keçirilir, onların problemlərinin həllinə diqqət yetirilir.”

Görüşdə Qarabağ müharibəsi əlillərindən Bəhlul Rəhimov, Arzuman Nəhmətov, Səhət Vəliməmmədov, Zeynal Aslanov, Üzeyir Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon şöbəsinin sədri Veysəl Məlikov və başqaları çıxış edərək, onlara göstərilən qayğı və diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.