REGİONLAR


Lerikdə şair Nurəddin Mirzəxanlının 70 illik yubileyi keçirilib

Lerik, 22 noyabr, Bağır Əliyev, AZƏRTAC

Lerik Rayon Mədəniyyət Mərkəzində rayonun Soru kəndində anadan olmuş, çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Nurəddin Mirzəxanlının 70 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov yubilyarı təbrik edərək, ölkəmizdə sənət adamlarına göstərilən dövlət qayğısından danışıb.

Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda həm hərbçi, həm də şair kimi vuruşan şair Nurəddin Mirzəxanlı dövlətinə, elinə bağlı ağsaqqal, gözəl ailə başçısıdır.

Yubiley tədbirində çıxış edənlər Nurəddin Mirzəxanlını çağdaş Azərbaycan poeziyasının vətənpərvər nümayəndəsi, Vətəninə, elinə-obasına bağlı yaradıcı insan kimi xarakterizə edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Şair Nurəddin Mirzəxanlı tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Məktəblilərin ifasında şairin şeirləri səsləndirilib, onun sözlərinə bəstələnmiş mahnılar ifa edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.