REGİONLAR


Lerikin Murya və Əvilə kəndləri qazlaşdırılıb

Lerik, 17 noyabr, Bağır Əliyev, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Lerik rayonunun Murya və Əvilə kəndlərinə təbii qaz verilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov hər iki kəndin sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər.

Kənd sakinləri əhalinin sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.