İQTİSADİYYAT


Lerikin beş kəndinə ilk dəfə olaraq təbii qaz verilmişdir

Lerik, 22 dekabr (AZƏRTAC). Regionların sosial iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq dekabrın 22-də Lerik rayonunun beş yaşayış məntəqəsinə - Piran, Hamarmeşə, Anbu, Andurma, Rvarud kəndlərinə ilk dəfə olaraq təbii qaz verilmişdir.

AZƏRTAC xəbər verir ki, Sovet İttifaqı dövründə Lerik rayonuna qaz xətti çəkilmədiyinə görə kəndlərə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmişdir.

Piran kəndində 192, Andurma kəndində 71, Rvarud kəndində 106, Anbu kəndində 74, Hamarmeşə kəndində 61 evdə qaz sayğacı quraşdırılmışdır. Bununla da, rayonun 52 yaşayış məntəqəsi mavi yanacaqla təmin edilmişdir.

Hazırda isə Lerik rayonunun Barzavu, Şinəband, Çayrud kəndlərinə mavi yanacağın verilməsi istiqamətində işlər davam etdirilir.

Dövlət Proqramına müvafiq olaraq 2013-cü ilin sonuna kimi rayonun 161 yaşayış məntəqəsinin hamısının qazla təmin edilməsi nəzərdə tutulmuşdur.

Kəndlərə təbii qazın verilməsi ilə əlaqədar keçirilən mərasimlərdə çıxış edən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və başqaları kənd sakinlərini qarşıdan gələn əlamətdar günlər-Yeni il və 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik etmiş, regionlarda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.