REGİONLAR


Lerikin məktəbəqədər təhsil müəssisələrində təmizlik və dezinfeksiya işləri aparılır

Lerik, 12 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Yeni koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin yumşaldılmasından sonra Lerik rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yeni dərs ilinin başlanması ilə əlaqədar hazırlıq işləri davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının hər birində xüsusi karantin rejiminin qaydalarına əməl edilməklə təmizlik və abadlıq işləri görülüb, bağçaların daxili və həyətyanı sahələri təmizlənərək təlim-tərbiyə prosesinin başlanması üçün hazır vəziyyətə gətirilib.

Lerik şəhərindəki 1 və 2 nömrəli körpələr evi-uşaq bağçaları, Siyov, Hamarat, Piran kənd uşaq bağçalarında təmizlik və dezinfeksiya tədbirləri başa çatdırılıb.

Rayonun digər məktəbəqədər təhsil müəssisələrində isə təmizlik və dezinfeksiya tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.