REGİONLAR


Lerikin ucqar dağ kəndinə ilk dəfə təbii qaz verilib

Bakı, 24 dekabr, AZƏRTAC

Lerikin ucqar dağ kəndinə ilk dəfə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, birlik tərəfindən ölkə başçısının tapşırığına uyğun olaraq ucqar kəndlərin qazlaşdırılması məqsədilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir, “mavi yanacaq”la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür. Görülən işlərin nəticəsi olaraq dekabrın 24-də Lerik rayonunun Veri kəndinə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 min 261 metr müxtəlif diametrli polietilen və polad borularla daşıyıcı eləcə də paylayıcı qaz xətləri çəkilib, 80 fərdi evə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.