REGİONLAR


Lerikin ucqar kəndində qazlaşdırılma işləri davam etdirilir

Bakı, 6 sentyabr, AZƏRTAC

Ucqar ərazidə yerləşən və mürəkkəb relyefə malik olan Lerik rayonunun Babaküçə kəndinin qazlaşdırılması davam etdirilir.

“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, səyyar qəbul otağı avqustun 18-i Lerik rayonunun Babaküçə kəndinin sakinlərinin ixtiyarında olub. Kəndin sakinləri səyyar qəbul otağının imkanlarından istifadə edərək problem və təkliflərini açıq şəkildə səsləndiriblər. Çox keçməyib ki, kəndin qazlaşdırılması ilə bağlı işlərə başlanılıb. Hazırda kəndin qazlaşdırılması üçün lazım olan 9520 metr müxtəlif diametrli qaz xəttinin 650 metr hissəsində işlər tamamlanıb.

Qeyd edək ki, “Açıq mikrofon” aksiyası bundan sonra da bütün ölkə üzrə davamlı şəkildə həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.