REGİONLAR


Leriklilər Novruz bayramını qeyd edirlər

Lerik, 17 mart, İlkin Adıyev, AZƏRTAC

Lerik rayonunda Novruz bayramı münasibətilə ümumrayon tədbiri və konsert proqramı təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev meydanında al-əlvan bəzədilmiş guşələrdə Novruz atributları, ulu babalarımızdan bu günə yadigar qalan qədim el sənətləri, əl işləri və xalq sənətkarlığı nümunələri ilə tanış olublar.

Milli idman növlərinin nümayişi, milli mətbəximizə aid təamlar və şirniyyatlar, kosa və keçəlin məzhəkələri rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb.

Bayram tonqalı şəhid atası Rəbbil Heydərov və ağsaqqal Hidayət Bəşirov tərəfindən alovlandırılıb.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibətilə rayon sakinlərini və qonaqları təbrik edib, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzulayıb.

Bayram tədbiri tanınmış incəsənət ustalarının çıxışı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.